GündəmMANŞETÜSTÜÖlkə

Zaqatalada növbəti zəlzələ

Zaqatalada bu gün növbəti zəlzələ olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, səhər saat 07:29 radələrində Zaqatala rayonu ərazisində zəlzələ baş verib.

Yerli sakinlərin sözlərinə görə, yeraltı təkanlar hiss olunub.

Zəlzələ Qax rayonunda da hiss olunub.

Dağıntı barədə məlumat yoxdur.

Xatırladaq ki, avqustun 10-da Zaqatala rayonunda 4.9, 6 və 3.7 bal gücündə üç zəlzələ baş vermişdi.

 

Bizimlə əlaqə saxlayın