CəmiyyətMANŞETÜSTÜ

Zərdabi yurdunun daha bir ziyalısı Rəsulov Bahadur Allahyar oğlu

Rəsulov Bahadur Allahyar oğlu 1946-cı ildə Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuşdur. Bıçaqçı kəndi ən qədim dövrdən strateji və coğrafi baxımdan əlverişli yerdə yerləşirdi. Zərdab rayonunun Bıçaqçı kəndi  özünün görkəmli şəxsiyyətləri və ziyalıları ilə məşhurdur.1964-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitututuna (indiki ADPU) riyaziyyat fakültəsinə daxil olmuşdur. 1968-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. Bütun ömrünü gənclərin təhsilinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına sərf etmişdir. Ömrünün sonuna kimi Zərdab rayonunun Bıçaqçı kəndində müəllim kimi fəaliyyət göstərmişdir. Dərs dediyi bir çox tələbələr rayonun və respublikanın bir çox bölgələrində müxtəlif dövlət vəzifələrində çalışır. Rəsulov Bahadur Allahyar oğlu 30 iyul 2019-cı ildə Zərdab rayonunun Bıçaqçı kəndində vəfat etmişdir.

Zərdabın tanınmışları və Zərdabi yurdu komandası olaraq Bahadur müəllimə Allahdan rəhmət diləyirik. Ruhu şad olsun.
Hörmətlə
Suleyman Tarverdi