Cəmiyyət

Zərdabda pambıq yığımı davam edir

2019-ci ildə “MKT İK” MMC-nin Zərdab filialı ilə 342 istehsalçı arasında 1014 hektar üzrə, “P-Aqro” MMC-nin Zərdab filialı ilə 147 istehsalçı arasında 1250 hektar üzrə müqavilə bağlanılmış, rayon üzrə cəmi 2264 hektar sahədə pambıq əkilmişdir.

Fakttv.com xəbər verir ki,07 oktyabr 2019-cu il tarixədək rayon üzrə 2809,50 ton pambıq tədarük edilmişdir. Onun 1779,62 tonu “MKT-İK” MMC, 1029,88 tonu “P Aqro” MMC tərəfindən tədarük edilmişdir. Bu günədək cəmi 1875,56 ton, o cümlədən “MKT-İK” MMC üzrə 1101,38 ton, “P-Aqro” MMC üzrə 774,18 ton pambıq kombaynlarla yığılmışdır