MANŞETÜSTÜSosial

ZƏRDABDA MÜHARİBƏ VETERANLARI İLƏ GÖRÜŞLƏR KEÇİRİLİB(FOTOLAR)

Fakttv.com xəbər verir ki,1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü ərəfəsində Zərdab rayonundan olan müharibə veteranları ilə görüşlər keçirilmişdir. Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələri rayondan olan 5 veteranın hər biri ilə onların evində görüşmüş, bayram münasibətilə təbrik etmiş, problemləri ilə maraqlanmış və onlara maddi yardımlar edilmişdir.