GündəmKriminalMANŞETÜSTÜ

Zərdabda evdən 6 min manatlıq oğurluq edilib

Zərdab rayonunda qohumunun evindən pul və qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Fakttv.com-a verilən xəbərə görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 810 manat pul, 5500 manat dəyərində qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin yaxın qohumu olan L.Seyidova saxlanılıb.