HadisəMANŞETÜSTÜ

Zərdab sakininin evində naqillər sıradan çıxdı, vətəndaşa külli miqdarda ziyan dəydi

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə.

Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Xanım Mehriban Əliyevaya.

Azərbaycan Respublikasının Baş Naziri  Novruz Məmmədova.

Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Rəhbəri  Ramiz                                                            Mehdiyevə.

Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balababa Hüseynağa oğlu Rzayevə

Zərdab rayon sakini Fizuli küc ev 48-də yaşayan Qarabağ muharibə vetiranı,isdefada olan polkovnik leytenant Məmmədov  Ələkbər Muxtar oğlu tərəfindən 

ƏRZİƏ

Sizə yazıb bildirirəm  ki, Avqustun  5-da səhər saat 9-10 radələrində yaşadığı evdə partlayış səsləri eşidib və işıqların yanıb-sönməsini müşahidə etdim:

“Qaçaraq işığı sayğacdan söndürdüm. Söndürsəm də, yenə işıqların zəif şəkildə yandığını gördüm və evə daxil olan işıq xətdini balta ilə kəsdim və bu barədə Zərdab Rayonu Elektrik Şəbəkəsinin rəisi Məmmədov Xətayi, Baş mühəndis Mirzəliyev Məhəmmədə məlumat versəm də, baş verən hadisəni bir-birlərinin üstünə atmaqla olan hadisədən uzaqlaşmaq istədilər”. Zərdab Rayonu Elektrik Şəbəkəsinin rəisi Məmmədov Xətayi mənimlə kobud danışdı.Mən ona bildirdim ki,mən ciddi ziyan dəyib.O da bunun muqabilində mənə dedi ki,get kimə deyirsən de mənlik deyil.

Mən  sizə  bildirmək istəyirəm  ki,Zərdabda belə hadisələr dəfələrlə olub, lakin xəttlərdə olan problemlər, yəni həmin kabellərin yenilənməsində heç bir dəyişiklik olmayıb.

“2018-ci ildə Zərdab rayonu üzrə elektrik xətləri və dirəkləri, sayğacların və transformatorların dəyişdirilməsi üçün vəsait ayrılıb, lakin həmin pullar hara xərclənib və kim tərəfindən mənimsənilib bəlli deyil. Əgər doğru düzgün xidmət olsaydı vətəndaşların məişət avadanlıqları bərbad vəziyyətə düşməzdi.Zərdabda  işıq bəzən 160-180 volt gücündə verilir. Lakin elə olur ki, 400 volta qədər enerji artır. İşıq xətləri dəyişilməzdən qabaq belə hallar olmayıb. Bilmək istəyirəm ki, həmin kabelləşmə olan rayonlarda, şəhərlərdə sona çatmış elektrik naqilləri kim tərəfindən qəbul edilir və istismara icazə verilir? Yararsız çəkilmişdisə, vətəndaşların həmin xətlərdən istifadə etməsi düzgündür, ya düzgün deyil?”

Mən sizə  şikayət  edib bildirirəm ki, baş verən bu hadisədə evimdəki avadanlıqlar yanıb və mənə  külli miqdarda ziyan dəyib. Mənə dəymiş maddi ziyanın ödənilməsi ücün aydiyati qurumlara tapşırıq verməyinizi sizdən xahiş edirəm. Mənə   dəymiş ziyan aşağıdakılardır:

1. Televizor LG (102)
2. Televizor Artel (106)
3. Wi-Fi aparatı
4. Su nasosu

Hörmətlə Zərdab rayon sakini Məmmədov  Ələkbər Muxtar oğlu