MANŞETÜSTÜMədəniyyət

Zərdab rayonunda“Saflıq və bərəkət bayramı” adlı tədbir təşkil olunub(Fotolar)

Fakttv.com xəbər verir ki, 09.08.2019 Tarixində Zərdab rayon Mədəniyyət Mərkəzində müqəddəs qurban bayramı münasibətilə “Saflıq və bərəkət bayramı” adlı tədbir təşkil olunmuşdur.Tədbirdə Dini Qurumlar iş üzrə Dövlət komitəsinin Ucar bölməsi üzrə nümayəndəsi Sədi Hüseyinov,Zərdab cümə məscidinin imamı Şahsuvar və bir qrup Mədəniyyət işçisi iştirak etdi.Mədəniyyət Mərkəzinin Direktoru Elyura Məmmədova tədbir iştirakçılarını salamlayaraq hər bir kəsi bayram münasibəti ilə təbrik etdi və Qurban bayramının saflıq və bərəkət bayramı olması barədə fikirlərini söylədi.Çıxış edən Sədi Hüseyinov və rayon məscidinin imamı Şahsuvar bayramın müqəddəsliyi və bəzi dini araşdırmalar barədə fikirlərini söylədi.Maraqlı və dolğun təşkil olunmuş söhbətdə düşündürülən suallara cavablar verildi,yaradıcı insanların bu gözəl bayrama həsr olunmuş şeirləri səsləndi.Tədbir iştirakçılarının bir arzusu var bərabərlik,saflıq və bolluq rəmzi olan bu bayram qoy ölkəmizə əmin amanlıq,ruzi bərəkət gətirsin,kəsilən qurbanlarimiz qəbul olsun.Gün o gün olsun qurbanlariımız Qarabağ torpağında kəsilsin.

Zərdab Mədəniyyət Mərkəzi adlı şəxsin şəkli.

Zərdab Mədəniyyət Mərkəzi adlı şəxsin şəkli.

Zərdab Mədəniyyət Mərkəzi adlı şəxsin şəkli.

Zərdab Mədəniyyət Mərkəzi adlı şəxsin şəkli.