CəmiyyətGündəmMANŞETÜSTÜ

Zərdab rayonunda Hacıyev Müşviq Zabit oğlunun Şəhid olduğu gün anıldı (Fotolar)

Fakttv.com xəbər verir ki, Hacıyev Müşviq Zabit oğlu 20 mart 1974-cü ildə Bıçaqçı kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə gedib. Kəlbəcərdə N/s hərbi hissədə kəşfiyyatçı kimi xidmət edib.13 avqust 1992-ci ildə Qızılqaya kəndində son tapşırığı qəhramancasına yerinə yetirərkən Şəhid olub. Hərbi hissə komandiri polkovnik Zaur Rzayevin və digər zabit və əsgərlərin xahişi ilə Hacıyev Müşviq Zabit oğluna ölümündən sonra Ümumilli lider Heydər Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Zərdab rayon Bıçaqçı kənd orta məktəbi Şəhid Hacıyev Müşviq Zabit oğlunun adını daşıyır. Məktəbin həyətində Şəhidin ayaq üstü abidəsi qoyulub. Hər il olduğu kimi bu ildə 13 avqust 2019-cu il tarixində abidənin önündə Şəhidin ailə üzvüləri, yaxınları, Zərdab rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsul işçiləri ilə birlikdə Şəhidin əziz xatirəsi anılmışdır. Abidə önünə gül-çiçək dəstəsi qoyulmuş və natiqlər çıxış etmişdirlər. Bıçaqçı kənd orta məktəbinin müəllimi Azər Məlikov şəhidin hərbi ve hərbidən əvvəlki illərindən söz açaraq Şəhidin xoş xatirələrindən danışmışdır. Sovet İttifaqı qəhrəmanı Məlik Məhərrəmovun və Ziya Bünyadovun Şəhid haqqında dedikləri xoş sözləri xatırlatmışdır. S.H.X.Ç.D.X-nin Zərdab rayon bölməsinin işçisi mayor Vüsal Cərullayev şəhidlərin qanı yerdə qalmayacağını, torpağlarımızı işğaldan azad ediləcəyini və buna hazır olduqlarını bildirmişdir.

Sonda xatirə şəkili çəkdirildi

Fakttv.com

Süleyman Tarverdi

Bizimlə əlaqə saxlayın