MANŞETÜSTÜŞou-Biznes

Yaşlı qadın Mətanət Əsədovaya sarıldı: “Ürəyim xəstədir, təzyiqim var…”

Mətanət Əsədovanın fanatı ilə səmimi videosu yayılıb.

Fakttv.com xəbər verir ki, görüntülərdə tanınmış müğənni Mətanətlə görüşdüyü üçün sevinən fanatı
da yer alıb. Yaşlı qadın Mətanəti qucaqlayaraq onu gördüyü üçün çox sevindiyini bildirib:

“Qurban olum, başına dönüm. Şükür səni gördüm. Ürəyim xəstədir, təzyiqim var amma səni görmək həsrətində idim. Şükür bu günə, şükür.. Allah səni xoşbəxt eləsin.O qədər səni çox istəyirəm ki, inan. Allaha and olsun deyirəm ürəyimi yarıb səni ora qoyaram”.

Mətanət isə xanımı qucaqlayaraq ona təşəkkür edib.

“Başına dönərəm.Allah köməyiniz olsun, var olun. Allah sizə kömək olsun”