Hadisə

Yasamalda kran yandı

Yasamalda “КБ-405” markalı birqülləli kranın kabinə hissəsi yanıb.

FHN-dən Fakttv.com-a verilən məlumata görə, kranın qalan hissəsi və yaxınlıqdakı binalar yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.