MANŞETÜSTÜŞou-Biznes

“Yanımda ola, onu qucaqlayaram. Bilmirəm kişidi, oğlandı…” – FOTO

Bir də görürəm mənə “comment” gəlir. Aman Allah, o, nə şərhdir, mən dəli oluram. Bu, nə tamaşaçıdır?! Biri var ay “super, ay nə bilim nə…” yazır. Biri də var, elə təhlil edir ki, mən dəli oluram. Düzgün təhlil edən, düzgün analiz edən sevənlərimə canım qurban.

Fakttv.com xəbər verir ki, bunu əməkdar artist Xumar Qədimova sosial şəbəkədə onun paylaşımına şərh yazan pərəstişkarı barədə danışarkən deyib.

Xanım sənətçi tanımadığı həmin pərəstişkarı barədə maraqlı etiraf da edib:

“İlk dəfə efirdə belə bir söz deyirəm: O, bu dəqiqə yanımda ola, onu bağrıma basaram. Bilmirəm kişidir, qadındır, oğlandı, qızdı fərqi yoxdur. Onu bağrıma basaram! Belələri çox olsa, qorxu yoxdur, məncə”.
"Yanımda ola, onu qucaqlayaram. Bilmirəm kişidi, oğlandı..." - FOTO