Ailə sağlamlıqMANŞETÜSTÜ

Yaddaş, görmə və eşitməni yaxşılaşdıran, qarın piylərini əridən möcüzəvi SİROP

İstənilən mövsüm arıqlamaq üçün əlverişli sayılır.

Fakttv.com xarici mətbuata istinadən oxucuları yağları daha sürətli yandırmağa kömək edəcək sadə, lakin güclü təsirə malik reseptlə tanış edir. Bu cövhər bədəninizdən maye və yağları çıxaracaq. Xüsusilə məşqlə birlikdə təsirlidir.

Cövhər beyin işini möhkəmləndirir, yaddaş, görmə, eşitmə qabiliyyətini yaxşılaşdırır və soyuqdəymədən qoruyur. Əsas tərkib hissəsi C, B1, B2 və B6 vitaminləri, dəmir, kalium, maqnezium və fosforla zəngin olan xren bitkisindən ibarətdir. Xren maddələr mübadiləsini yaxşılaşdırır, yorğunluğu azaldır və bağırsaqlarda faydalı bakteriyaların böyüməsini stimullaşdırır. Cövhəri hazırlamaq asandır və qısamüddətli tətbiq olunduqdan sonra da nəticələr heyrətləndirici olur.

Tərkibi:

125 qr xren

4 ədəd limon

3 xörək qaşığı bal

2 xörək qaşığı darçın

1 dilim (2 sm) zəncəfil.

Hazırlanması:

Əvvəlcə xren və zəncəfili qarışdırın. Limonun suyunu sıxıb qarışığa əlavə edin, 2-3 dəqiqə qarışdırın və sonra darçın və bal əlavə edin. Sirop hazır olana qədər qarışdırın, sonra bir bankaya tökün.

Gündə 2 dəfə yeməkdən və ya idmandan əvvəl 1 xörək qaşığı qəbul edin. Yalnız 3 həftədən sonra nəticələr görünəcək. Bu vasitə yalnız ideal bədən quruluşuna sahib olmağa kömək etməyəcək, həm də bədəninizi vitaminlərlə zənginləşdirəcək və lazım olduqda immun sisteminə viruslarla mübarizədə kömək edəcək.