GündəmManşet

Xoşqədəmin verilişində gərgin anlar – ÜRƏYİ GETDİ

Xoşqədəmin verilişində gərgin anlar – ÜRƏYİ GETDİ

Xoşqədəmin verilişində gərgin anlar - ÜRƏYİ GETDİAparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində gərgin anlar yaşanıb.

FAKTTV axşam.az-a istinadən xəbər verir ki, İlahə adlı qadın 17 il əvvəl küçəyə atdığı övladını axtarıb. Onun övladını türkiyəli Şahnaz adlı qadının götürüb böyütdüyü ortaya çıxıb.

Şahnaz studiyaya gələrək, uşağı geri verməyəcəyini deyib:

“Siz 2004-cü ildə ərinizin qollarında rahat yatdığınız anda mən o uşağı böyütdüm, mən yaşamadım. Uşağımı ona vermərəm. Qul haqqını ödəyə bilməzsən. Oğlum bu haqda bir söz dedi: “Anama ortaya çıxmağa icazə verməzdim. Amma sabah evlənərsəm, birdən bacım çıxar qarşıma. Ona görə də onu tanıyım”.

Buna görə indi verilişə gəldim, yoxsa ömür boyu gəlməzdim. Sən bir ağac əkdin, mən yetişdirdim. İndi verim sənə? Göstərməyəcəm oğlumu sənə, çıx get”.

İlahə isə uşağı geri almaq istəmədiyini söyləyib. Əsəbiləşən şahnazın efirdə ürəyi gedib.

Comment here