MANŞETÜSTÜMədəniyyətŞou-Biznes

Xalq artisti reklam üçün süni qalmaqal yaratdı

ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı xalq artisti Səməd Səmədov olub.

Axşam.az-ın məlumatına görə, o, həmkarı Əli Mirəliyevlə aralarında baş verən qalmaqalla bağlı maraqlı açıqlamalar verib:“O qalmaqal deyil, şoudur. Bir dəfə Əli ilə görüşdük. Mənə dedi ki, vaxt var idi sən məni müşayiət edirdin. İndi nə toyum, nə işim var, bəlkə mənə kömək edəsən.

Çox fikirləşdik və ağlımıza belə bir mövzu gəldi. Dedim ki, Əli, bəlkə sən mənə ilişəsən? Şou yaratdıq. Əli mənim dostumdur, o məni çox istəyir. Ailəsi, həyat yoldaşı, nəvələri ilə çox yaxınam”.

Comment here