MANŞETÜSTÜMaraqlı

Validenylərinin yanında körpəni oğurlamaq istədi: Ara qarışdı – Video

Qadın anasının yanındakı körpəni qaçırmağa çalışdığı an polisin gəldiyini görüb qaçmağa cəhd göstərsə də, saxlanılıb.

Fakttv.com xəbər verir ki, hadisə ABŞ-ın Atlanta hava limanında yaşanıb.

Üç körpə ilə gedən anaya yaxınlaşan qadın uşaq arabasındakı körpəni oğurlamağa çalışıb. Bu zaman qarşıda digər körpə ilə gedən ata dərhal xanımının yanına qayıdaraq, şübhəli qadının uşağı oğurlamasına imkan verməyib. Şübhəli körpəni qaçıra bilmədiyini görüncə, ananın yanında olan 6 yaşlı uşağı qucaqlayaraq, qaçmağa çalışıb. Ancaq uşağın atası buna maneə olub. Bu an hadisə yerinə gələn polis qaçmaq istəyən oğru ilə əlbəyaxa olub. 3 polis əməkdaşı tərəfindən saxlanılan və yerə uzadılan oğrunun qollarına qandal vurulub.

Polisin sonradan yaydığı açıqlamada bildirilir ki, şübhəli əqli problemi olan birisi kimi hərəkət edib və saxlanılan zaman işlətdiyi sözlər anlaşılmaz olub. Polis şübhəlinin adam oğurluğu cinayətindən ittiham olunacağını açıqlayıb.