DünyaManşet

Türkiyə silkələnir: 3 bələdiyyə sədri qovuldu – Şok ittiham

Türkiyənin Diyarbəkir, Mardin və Van şəhərlərinin bələdiyyə sədrləri vəzifələrindən azad edilib.

Fakttv.com  xəbər verir ki, bu məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Bələdiyyə sədrləri PKK-ya və ona bağlı qruplara çalışmaqda ittiham ediblər. Sədrlərin yerinə müvəqqəti olaraq valilər təyin edilib.

Vəzifələrindən qovulan bələdiyyə sədrləri Səlcuq Mızraqlı (Diyarbəkir), Əhməd Türk (Mardin) və Bedia Özgökçə Ertan (Van) olub. Hər üç şəxsin Türkiyənin Xalqların Demokratik Partiyasının üzvü olduğu vurğulanıb. Bu şəxslərin hər birinin müvafiq olaraq öz vəzifələrini 63, 56 və 54 gün icra etdikləri qeyd edilib.

Vəzifəsindən qovulmasından dərhal sonra “BBC Türkcə”yə açıqlama verən Mızraqlı vəzifədən uzaqlaşdırılmalarının nəticələrinin ağır olacağını deyib:

“Ortaya çıxan vəziyyət həm parlament, həm də bələdiyyə ilə bağlı ciddi nəticələrə gətirib çıxaracaq. Türkiyə bundan sonra başqa bir Türkiyə olaraq yoluna davam edəcək”.

Qeyd edək ki, bu cür hadisənin Türkiyədə baş verməsi ilk hal deyil. 2014-cü il bələdiyyə seçkisindən bir müddət sonra adı çəkilən şəhərlərin HDP-li bələdiyyə sədrləri vəzifələrindən PKK-ya dəstək adıyla uzaqlaşdırılmışdılar.