DünyaMANŞETÜSTÜŞou-Biznes

Tuba evli sevgilisindən ayrıldı

Aktrisa Tuba Ünsal 2 ay əvvəl model Elisabez Mas ilə evli olan Caner Karaloğluyla görüntülənmiş və onların sevgili olduğu ortaya çıxmışdı.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktrisa “Sevgiliniz Elisabezlə ailəlidir. Boşanma prosesləri davam edir. Bunu bilirsiniz” sualına belə cavab verib:

“Heç kimin həyatına daxil olmadım. Dostluğumuzun necə dəyərləndirildiyini bilmirəm. 3 dəfə ərə gedib boşanan qadınam. Evlilik halları yerində durur. Bu halı ilə ölməyə məhkumdur”.

Aktrisanın bu açıqlaması tənqid edilib. Daha sonra isə Caner və Tuba ayrılıq qərarı alıb. Elisabez Mas isə uşağı ilə birlikdə Nyu-Yorka qayıdıb. Onun Canerlə boşanma məhkəməsi davam edir.