DünyaManşet

Trampdan Ukrayna ilə bağlı önəmli tapşırıq

ABŞ Prezidenti Donald Tramp Rusiya aqressiyası ucbatından Ukraynanın alyansa üzvlüyü ilə bağlı yaranmış çətinliyin həllinə tapşırıq verib.

Fakttv.com xəbər verir ki, bunu “Apostrof” saytına müsahibəsində NATO-nun Rusiyadakı keçmiş nümayəndəsi Harri Tabax deyib.

“Bilirəm ki, Tramp NATO nizamnaməsinin 5 bəndinin yenidən işlənilməsi və Gürcüstanla Ukrayna üçün girişin tapılması haqqında tapşırıq verib. Proqnoz verə bilmərəm, amma artıq baş verənləri analiz edə bilərəm.Ukrayna son beş il ərzində Qərbin gözləmədiyi çox şey edib. Məsələn, müharibə və maliyyə böhranının davam etdiyi dönəmdə Qərblə vizasız rejimə nail olundu. Hətta NATO-nun müttəfiqi Türkiyə də Ukrayna ilə vizasız rejimə izn verdi. Digər məsələ isə kilsə ilə bağlıdır. Əgər Ukrayna NATO-ya da üzv olsa, mən buna təəccüblənmərəm”, – deyə o bildirib.

Comment here