DünyaMANŞETÜSTÜ

Tramp Aya 3 adam göndərmək üçün 1,6 milyard ayırdı

ABŞ Prezidenti Donald Trampın göstərişi ilə büdcədən NASA-nın Ay və Mars proqramlarının icrası üçün əlavə olaraq 1.6 milyard dollar ayrılıb.

Fakttv.com xəbər verir ki, bu barədə Donald Tramp rəsmi Tvitter səhifəsində yazıb.

NASA-dan yayılan açıqlamada Ay proqramının “Artemida” adı daşıyacağı qeyd edilib:

“Artemida: Apollonun əkiz bacısı və Ay ilahəsidir. İndi bu ad bizim NASA astronavtlarının 2024-cü ildə Ay səthinə qayıtmasını, o cümlədən oraya ilk qadının və daha bir kişinin enməsini nəzərdə tutan proqramımızın adıdır”.