MANŞETÜSTÜŞou-Biznes

Tolik bu uşağı axtarır — FOTO

Məşhur prodüsser Tarix Əliyev (Tolik) yeraltı keçiddə popkorn satan uşağı axtarır.
Fakttv.com“Ölkə.Az”a istinadən xəbər verir ki, o, bu barədə öz İnstaqram səhifəsində məlumat verib.

Həmin uşağın şəklini səhifəsində paylaşan prodüsser bu sözləri qeyd edib:

“Tapacam səni qardaş, tapacam! Keçidlərin yanında dayanan polislər, sağ olsunlar. Vizit kartımı vermişəm, tanıyanlar sənə çatdıracaqlar.Var olsun ürəyi mərhəmətli polislərim. Bəzi “millət vəkil”lərindən həm mərhəmətlidir, həm ürəkli.”
Qeyd edək ki, millət vəkili Rasim Musabəyov yeraltı keçiddə popkorn satıb, ailəsini dolandıran uşağı oradan qovdurub. Bu hadisə sosial şəbəkədə böyük narazıçılığa gətirib çıxardıb və deputatın bu hərəkəti tənqid olunub.