DünyaManşetMANŞETÜSTÜ

Terror təşkilatı ABŞ-da rəsmi nümayəndəlik açır

Terror təşkilatı ABŞ-da rəsmi nümayəndəlik açır

Terror təşkilatı ABŞ-da rəsmi nümayəndəlik açır

Strukturunun əsas tərkibini YPG terror təşkilatının formalaşdırdığı Suriya Demokratik Qüvvələrinin siyasi qanadı Suriya Demokratik Şurasının ABŞ-da nümayəndəlik açmaq üçün müraciət etdiyi ortaya çıxıb.

Avropa.info xəbər verir ki, şura ABŞ Ədliyyə Nazirliyində xarici agent qismində “xarici siyasi partiya nümayəndəliyi” kimi qeydiyyatdan keçib. Rəsmi sənədlər “Zeytun budağı” əməliyyatı başladıqdan 3 gün sonra doldurulub. Təşkilatın məramnaməsində amerikan xalqının Suriyadakı demokratik proseslər haqda məlumatlandırılacağı iddia olunur.

Vaşinqton hökuməti Suriyanın “demokratikləşmə”sini gücləndirəcək və keçid prosesində Suriyanın federativləşməsi ilə bağlı qanunlar çıxaracağı bildirilir.

4 nəfərin işləyəcəyi nümayəndəliyin ünvanı kimi “Hasəkə, Şimali Suriya Demokratik Federasiyası” göstərilib.

Comment here