CəmiyyətMANŞETÜSTÜŞou-Biznes

Teleaparıcının vəzifəyə təyin olunması xəbəri yalan çıxdı

Bu gün aparıcı Firuzə Cəlilovanın MGP (M Group Production) şirkətində icraçı direktor vəzifəsinə təyin olunması ilə bağlı xəbərlər yayılıb.

M Group Production şirkətin mətbuat xidməti yayılan xəbərləri təkzib edib.

“MGP” (M Group Production), fəaliyyətini hər zaman diqqətdə saxlayan və şirkətin hazırladığı layihələrlə bağlı istənilən xəbərə özəl yanaşan media nümayəndələrinin işini hər zaman yüksək qiymətləndirib.

Fəaliyyət göstərdiyi 16 il ərzində “M Group Production” Azərbaycanın nəinki tanınmış simalarına, aparıcılarına, eləcə də özünə güvənən, bu sahədə çalışmaq arzusunda olan istənilən şəxs üçün öz qapılarını açıb.

Aparıcı Firuzə Cəlilova da öz yeni layihələri ilə bizə müraciət edən və tərəfimizdən təşkilati dəstək alan tanınmış aparıcılardan biridir.
Bu gün əksər saytlarda və xəbər portallarında aparıcının “MGP” (M Group Production) icraçı direktor vəzifəsinə təyin olunması xəbərləri yayıldı. “MGP” (M Group Production) olaraq bildirmək istəyirik ki, Firuzə Cəlilova hazırda şirkətlə əməkdaşlıq edir, amma təqdim etdiyi layihələrin icraçı prodüseri kimi.

Aparıcının icraçı direktor vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Comment here