CəmiyyətMANŞETÜSTÜŞou-Biznes

Tarkan bu dəfə qızı üçün yazdı

Hazırda xanımı Pınar Tevetoğlu ilə Almaniyada olan müğənni Tarkan qızı Liya üçün mahnı yazıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söz və musiqisi özünə aid olan mahnını sənətçi yay aylarında çıxartmaq fikrindədir.

Mahnının aranjimanın Ozan Çolakoğluna aid olduğu bildirilir.

Qeyd edək ki, Tarkan və Pınarın qızı ötən ilin iyulunda anadan olub. Güman edilir ki, ifaçı yeni mahnısını da qızınn doğum günü ərəfəsində təqdim edəcək.

Comment here