GündəmKriminalMANŞETÜSTÜ

Tələbələrin qanlı davası üzrə məhkəmə işi yekunlaşdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rauf Murğuzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Fakttv.com-ın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.Murğuzov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il dekabrın 23-də Nərimanov rayonu ərazisində Ağstafa rayon sakini Rauf Murğuzov münaqişə zəminində həmyerlisi Elman Xəlilovu bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.

Xatırladaq ki, hadisəni törədən R.Murğuzov Dövlət İdman Akademiyasının, E.Xəlilov isə Texniki Universitetin tələbəsi olub.