MANŞETÜSTÜMaraqlı

Spirtli içki içmiş şəxs pak olmaq üçün qüsl almalıdırmı?

Spirtli içki qəbul etmək Allahı qəzəbləndirən əməllərdən və böyük günahlardandır. Bunu etmiş şəxs hər şeydən əvvəl tövbə etməli, günahın ağırlığını anlamalı, peşman olmalı və bir daha bunu təkrar etməyəcəyini qərara almalıdır.

“Fakttv.com” bildirir ki, tövbə üçün qüsl etmək tələb olunmur. Əgər insanın paltarı və ya bədəni içkiyə bulaşıbsa, onu pak etməsi kifayətdir. Ağızın içini yaxalamaqla pak olar. Bəziləri elə düşünür ki, tövbə üçün xüsusi ayinlər tələb edilir, mütləq qüsl almaq, məscidə getmək və Qurana əl basıb and içmək lazımdır. Bunların heç biri qadağan deyil, amma vacib də deyil. Allah qarşısında tam səmimi qəlbdən, məsuliyyətini anlayaraq tövbə etmək kifayətdir. Əsas məsələ tövbəni qorumaq və onu pozmamaqdır.