MANŞETÜSTÜŞou-Biznes

Şou-biznesin əkizləri depressiyada – Uğuru görən kimi tənqid etdilər – VİDEO

Depressiyadayıq. Zarafatdır. Darıxırıq deyə tez-tez imicimizi dəyişirik.

Bunu oxu,az-a açıqlamasında şou-biznesin əkizləri Sevil-Sevinc Səfərova bacıları deyib.

İfaçılar yarı zarafat-yarı gerçək depressiyayada olduqlarını dilə gətiriblər.

“Depressiyadayıq. Zarafatdır. Darıxırıq deyə tez-tez imicimizi dəyişirik. Klip üçün saçlarımızı dəyişdik. Çəkilişləri bitirdikdən sonra saçlarımızı uzadıb onları sarıya boyatdıq. Səhnədə olan insan üçün dəyişimlər mütləqdir. İzləyiciləri yormamaq üçün mütləq imic dəyişimləri qaçılmazdır”.

Sevil-Sevinc həmkarlarına Oxu.Az vasitəsi ilə ismarıc yollamağı da unutmayıblar:

“Təkcə bizi yox, “mash-up” ifa edən digər həmkarlarımızı da tənqid etmişdilər. Amma bütün süjetlərdə və müsahibələrdə bizim şəkillərimiz və videolarımızı göstərirdilər. Söyləyirdilər ki, “mash-up” oxuyanlar “Sezar”, “Vineqret” salatıdır. Amma bunılara rəğmən, bizim xeyir-duamızı bir çox sənətçilər verdi”.

Fakttv.com