Siyasət

Siyavuş Novruzovdan bitərəf və siyasi partiyalardan olan deputatlara – ÇAĞIRIŞ

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov çıxış edib.

Fakttv.com-ın xəbərinə görə, S.Novruzov bitərəf və digər siyasi partiyalardan olan deputatlara müraciət edib.

Deputat həmkarlarını parlamentin buraxılması ilə bağlı YAP Siyasi Şurasının təklifini dəstəkləməyə çağırıb.