MANŞETÜSTÜŞou-Biznes

“Sənin telefonundan özümə tez-tez zəng edirəm”: əməkdar artist ölən əri haqda

“Ay başımın tacı Zahid, bu gün sənin doğum günündür. Niyə bizi gözüyaşlı qoydun? Canım sənə qurban, ay mehriban insan, ay qayğıkeş ata. Hələ də şokdayıq, bilmirəm nə baş verib. Bir onu bilirəm ki, cənnətini bu dünyada qazanan insan oldun”

Fakttv.com BiG.AZ-a istinadən xəbər verir ki, əməkdar artist Gülbahar Şükürlü vəfat edən həyat yoldaşının doğum günü münasibəti ilə yazıb:
“Mənim dostum, sirdaşım məsləhət verənim idin. Ürəyimi səninlə açırdım. Gözəl söhbətlər edirdik. Ay Zahid, sözlərimi də mənim kimi yiyəsiz qoydun. Sənin telefonundan özümə tez-tez zəng vururam. Sən axı mənə tez-tez zəng vurardın, ay gözümün nuru. Sən haqq dünyadasan ruhun şad olsun. Allah sənə rəhmət eləsin. Nur içində yat, ay başımın tacı, ay mənim nəfəsim. Amma, çox heyif səndən, yaşamağa layiq həyat yoldaşım, ömür gün yoldaşım. Kaş Allah mənim ömrümü sənə bağışlayardı. Yandırdın məni, ürəyimi param-parça etdin, heç səndən gözləməzdim, ay başımın tacı”

Comment here