MANŞETÜSTÜSosial

Şəmkirdə Rəşad Atakişiyevin yas mərasimi keçiriləcək

Şəmkir rayonunun Qılıncbəyli kəndində şəhid pilotumuz Rəşad Atakişiyevin yas mərasimi keçiriləcək.
Fakttv.com-un baku.ws-ə istinadən verdiyi məlumata əsasən mərasim sabah saat 12-00 da baş tutacaq.

Bildirək ki, Qılıncbəyli kəndi Rəşad Atakişiyevin baba yurdudur.

Mərhum pilotumuz Samux rayonunun Alabaşlı kəndində anadan olub.
9 aylığında ana babası tərəfindən götürülüb və Şəmkir rayonunun Qılıncbəyli kəndində böyüyüb.

Bu kənddə orta məktəbi bitirib, Qılıncbəyli kəndindən ali məktəbə qəbul olub.