DünyaManşet

Rusiyanın yeni silahları qadağan edilməlidir – Pentaqon

Rusiyanın əldə etməyə çalışdığı bütün yeni silahlar strateji hücum silahlarının ixtisarı razılaşmasına daxil edilməlidir.

Fakttv.com xəbər verir ki, bunu “Foks Nyus”a müsahibəsində ABŞ Müdafiə naziri Mark Esper deyib.

“Rusiya ABŞ-la rəqabətə girmək üçün özünün strateji nüvə arsenalını genişləndirməyə cəhd edir. Ona görə də insanlar yeni strateji nüvə silahının ixtisarı razılaşması haqda danışanda biz deyirik ki, əgər həmin anlaşmanı uzatmaq istəyirsinizsə, bura Rusiyanın bütün yeni silahları daxil edilməlidir”, – o bildirib.