Manşet

Rumıniyada turistləri aparan qatar relslərdən çıxıb – FOTO

Rumıniyanın şimalında Maramureş dağlarında turistlər arasında məşhur olan “Mokenitsa”qatarı relslərdən çıxıb.

Yerli KİV-in məlumatına əsasən, 11 vaqondan ibarət olan qatar hadisə zamanı 340 sərnişin daşıyırmış.

Qatarın birinci vaqonu və parovozunun relslərdən çıxaraq  dərəyə düşməsi nəticəsində 12 nəfər xəsarət alıb.

Hazırda hadisə yerində polis, xilasedici və həkimlər işləyirlər.

Bizimlə əlaqə saxlayın