DünyaMANŞETÜSTÜ

Ruhani Azərbaycandan Trampa səsləndi: Biz qalibik!

ABŞ nüvə razılaşmasında tək qalıb.

Fakttv.com xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Qərbi Azərbaycan ostanında, Maku şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, ölkəsi daim Ağ Ev administrasiyasının önündə qalib olub:

“ABŞ nüvə razılaşmasında heç kimi tərəfinə çəkə bilmədi. ABŞ yolun sonunda razılaşmadan çıxdı və müqaviləni pozmağa məcbur qaldı. Bu, İranın tarixi iftixar qaynağıdır”.