MANŞETÜSTÜŞou-Biznes

Rüfət Axundov vəzifəsini də itirdi

Müğənni Rüfət Axundov Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin vokal kursunun rəhbəri vəzifəsindən azad edilib.

Fakttv.com-ın məlumatına görə, müğənninin işdən çıxarılmasına səbəb “Space” TV-nin “Hər səhər” verilişində ədəbsiz söz və ifadələr işlətməsi səbəb olub.

Xatırladaq ki, aprelin 7-də Space TV-nin “Hər səhər” verilişində efirə ədəbsiz söz və ifadələr gedib. Buna görə Milli Televiziya və Radio Şurası televiziyanı səkkiz min manat cərimələyib.

Müğənni Rüfət Axundova isə efir qadağası tətbiq edilib.