DünyaMANŞETÜSTÜ

Rada prezidentə qarşı: Zelenskinin təklifi rədd edildi

Ukrayna Radası Prezident Vladimir Zelenskinin təklif etdiyi Seçki qanunu layihəsini gündəmə çıxarmaqdan imtina edib.

Fakttv.com xəbər verir ki, Zelenskinin təklifinin dəstəklənməsi üçün keçirilən səsvermədə təklifin lehinə 92 deputat səs verib. Təklifin gündəmə gəlməsi üçün nəzərdə tutulan 226 səsin toplana bilməməsi ucbatından qanun layihəsi müzakirəyə çıxarılmayıb. Bundan sonra Radanın sədri Andrey Parubiy parlamentin növbədənkənar iclasını qapadıb.

Qeyd edək ki, Zelenskinin təklifinə əsasən, ölkədə majoritar sistem ləğv edilməli, partiyaların Radaya düşməsi üçün baryer 5%-dən 3%-ə endirilməli idi.