MANŞETÜSTÜMədəniyyət

“Qızım xam idi, oğlumun maşının əzib”- Tacir Şahmalıoğlu qəzadan DANIŞDI

Xəbər verdiyimiz kimi, müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı sosial şəbəkə hesabında “Mersedes” markalı avtomobilinin şəklini paylaşaraq, qəza baş verdiyini, eləcə də “Allah üçüncüsündən saxlasın” şərhini paylaşıb.

Fakttv.com-a Tacir Şahmalıoğlu açıqlamasında oğlunun paylaşımını təsdiq edərək yüngül qəza baş verdiyini söyləyib.

Müğənni qəzanın oğlu tərəfindən deyil, 18 yaşlı qızı Nurayın törətdiyini bildirib:

“Hadisə evin həyətində baş verib. Kiçik qızım Nuray xam idi, maşın sürməyi öyrənmək məqsədilə avtomobilə əyləşib. Lakin bacarıqsızlığı ucbatından oğlumun maşınını yüngülvari divara çırpıb”.

Qeyd edək ki, müğənninin qızı xəsarət almasa da, avtomobilin ön hissəsi yüngülvari əzilib.