GündəmİdmanMANŞETÜSTÜ

“Qarabağ” “Neftçi” ilə xal fərqini birə endirdi – VİDEO

Azərbaycan Premyer Liqasında XVII tur başa çatıb.

oxu.az xəbər verir ki, turun son günündə iki matç keçirilib.

Üçüncü pillədə yer alan “Səbail” “Bayıl Arena”da debütant “Sabah”ı məğlub edib – 1:0. Bayıl təmsilçisinin qolunu 65-ci dəqiqədə hücumçu Ağabala Ramazanov vurub.

Turun mərkəzi görüşündə isə “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşdə Ağdam təmsilçisi Qəbələ klubunu 2:1 hesabı ilə məğlub edib.

“Qarabağ”dan braziliyalı Rişard Almeyda (penalti), xorvatiyalı Filip Ozobiç və “Qəbələ”dən Cavid Hüseynov (penalti) fərqlənib.

Bu qələbə ilə “Qarabağ” lider “Neftçi” ilə arasındakı xal fərqini birə endirib.
Fakttv.com

Comment here