DünyaMANŞETÜSTÜ

Putin ənənəsinə sadiq qaldı: Atasının şəkli ilə… – Foto

Rusiya Prezidenti Vladimir Putin əlində nasistlər üzərində qələbənin 74-cü ildönümü ilə bağlı keçirilən “Ölümsüz alay” yürüşündə müharibədə iştirak edən atasının fotosunu tutub.

Fakttv.com xəbər verir ki, bununla Putin ənənəsinə sadiq qalaraq minlərlə insanın iştirak etdiyi yürüşdə atasını yad edib.

Qeyd edək ki, Putinin atası Leninqradda ağır yaralanmışdı, o, ömrünün qalan hissəsini ayağında şrapnel hissələri ilə keçirib.