MANŞETÜSTÜŞou-Biznes

Prodüserin aldatdığı toy sahibi acığını müğənnidən çıxdı – Ayağımdan asırdılar

Müğənni Rəvan Qarayev prodüserliyini edən xalası oğlu Tərlanla iş birliyinə son qoyub.

Bu barədə Zaur Kamal “5/5″də məlumat verib.

Aparıcı müğənni qonağı Rəvan Qarayevə müraciəti zamanı “Xalan oğlu Tərlanı niyə prodüserlikdən çıxardın? Məndən söz gizlətmə. Necə olub onu mənə de. Toyu 4 minə danışırmış, 500-ü qoyurmuş cibinə. Deyirmiş 3500-ə danışmışam” deyib.

Rəvan digər ifaçı qonaq Yeganə Mürsəlovadan bununla bağlı heç bir açıqlama etməməyini istəsə də alınmayıb. Yeganə “Toy yiyəsi axırda Rəvanla məni ayağımdan asırdı. Mən bilmirəm axı kişiyə nə qiymət deyib. Durmuşuq üzbəüz, nə deyim bilmədim. Məsələn, bizə 4 min deyibmiş, Kişidən 5 min alıb, minini qoyub cibinə” sözləri ilə Rəvanla prodüserinin ayrılma səbəbini açıqlayıb.

milli.az