DünyaManşet

Prezidentin tikdirdiyi məscidə də həbs qoyuldu

Bişkekin 1 May Rayon Məhkəməsi Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin inşa etdirdiyi məscidə həbs qoyub.

Fakttv.com xəbər verir ki, bu barədə Qırğızıstanın Baş Prokurorluğu informasiya yayıb.

Məlumata görə, Hərbi Prokurorluğun eks-prezidentlə bağlı apardığı istintaq nəticəsində “7 aprel qəhrəmanları” məscidinin Atambayev tərəfindən inşa etdirildiyi bəlli olub. Məscidin yerləşdiyi sahə də faktiki olaraq Atambayevə məxsus “Forum” firmasına məxsus olub.

“1 May Rayon Məhkəməsinin qərarı ilə sözügedən mülkə həbs qoyulub”, – Qırğızıstanın Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Hazırda eks-prezidentin məscidi hansı vəsaitlə tikdirdiyi araşdırılır.