AraşdırmaMANŞETÜSTÜ

Onun böyük ürəyi var Zərdablı Namiz Gülümov

Ağıllı, əzmkar, çalışqan insanları  görəndə adamın ürəyi dağa dönür. Zarafat deyil, 21 yaşında Rusiya kimi nəhəng bir dövlətə gələsən və çox qısa zamanda uğur qazana biləsən. Əvvəlcə elə düşündüm ki, hansısa super imkanlı ailənin övladıdır. Kimliyinə bələd olduqca gördüm ki, sadə, zəhmətkeş bir ailədə böyüyüb. Atası şofer anası müəllim olub Namiz Gülümovun.
Namiz Gülümovun bir dostunun dediyi sözləri burda yazmağı özümə borc bilirəm. Deyir ki, – “Mən Rusiyaya təzə gələndə Saratov voğzalında təsadüfən bir yaşlı rusiyalıylı ilə eyni skamyada oturmuşduq. Yeni gəldiyimi bilib bir neçə məsləhət verdi. Onlardan biri bu idi: – Rusiya elə bil insanla dolu bir otaqdır. Burada hamı dayanmadan yumruq atır. Gərək sən də o otağa girəndən çıxanadək yumruq atasan ki, zərbələrdən yıxılmayasan. Bir də addım-addım getməyə çalış. Sonda görəcəksən ki, artıq yüyürürsən. Nə edirsən elə, ancaq təslim olma”.

Haqqında söhbət açdığım Namiz Gülümov 1967-ci ildə Zərdab  rayonunun Yarməmmədbağı kəndində  dünyaya gəlib.İki qız övladı var. Onun nəcib, humanist təbiəti, elinə-obasına bağlılığı, qayğısı zaman-zaman çoxlarına nümunə olmaq dərəcəsindədir.Namiz Gülümov Rusyada işlədiyi vaxtdan bəri  doğma yurduna böyük sevgi göstərir.Zərdablılar ücün əlindən gələni əsirgəməyib.

Zəhmətkeş ailəsində böyüyən  Namiz Gülümov torpağına, ata, baba yurduna ürəkdən bağlı oğul kimi çalışır. Canına, qanına hopmuş Vətən, xalq sevgisi onu daimi qurub-yaratmağa ruhlandırır.Beləcə də,Namiz Gülümov öz şəxsi səadətini, xoşbəxtliyini camahatın ümumi səadətində, xoşbəxttliyində tapan geniş qəlbli bir insan, həqiqi vətəndaş olaraq hamının sevimlisinə cevrilib. Həyata ülviyyət, əzəmət gətirən gözəl əməlləri yüzləri, minləri eşitdikcə doğma ana yurdu  kəndi ev bə ev böyüyür, burada sevinc-sevincə qarışır. Tanrının verdiyi ömür payını ləyaqətli işlərə sərf etdiyinə görə  Namiz Gülümov yalnız qürur hissləri duyur.Güzəran, həyat tərzi yaxşılaşdıqca kömək, məsləhət məqsədilə qapısını döyən hər adama xeyirxahlıq əlini uzatmağı, onlara maddi və mənəvi dayaq durmağı Namiz özünə şərəf işi hesab edir.Onun sadə təbiəti, insana qayğısı hamını sevindirir.Yüksək şəxsi mənəvi-əxlaqi keyfiyyətləri, nümunəvi, vicdanlı əməllərilə insanları yaşamağa, yaratmağa həvəsləndirir. Necə deyərlər, sanki zəkası, nurlu fikirlərilə ətrafına daim işıq saçır. Nəcib, xeyirxah əməlləril Yarməmmədbağı kəndindəə  gözəl yadigarlar qoyub…Neçə-neçə adamlar Rusiyadan onun yanından öz ailəsinə çörək aparır. Namiz Gülümov özündən çox özgələrini düşünür.
Həmkəndlisi Seymur Əliyev  bildirib ki,Namiz Gülümov kəndə gələndə hamı ilə maraqlanır, imkansız ailələrə pul verir.Kim Rusiyada belə onun qapısını döyərsə hec vaxt hec kimi boş yola salmır.Ciddi görkəmi ilə adamda “ünsiyyətdən çəkinən insan” təəssüratı yaratsa da ürəyi çox kövrəkdir. Heç kimin xətrinə dəyməz, daha çox müşahidə etməyi xoşlayar. Necə deyərlər, çağrılan yerə ar eləməz, çağrılmayan yeri dar. İndiyədək yüzlərlə imkansıza təmənnasız yardım edib, minlərlə xəstəyə şəfa verib.Kimin bir cətinliyi olsa dərhal Namizi axtarıb.
El sənətkarı Ziyafəddin Xəlilov deyir: – Namiz kimi halal, xeyirxah, səxavətli ziyalılarla Zərdabımız bölgədə yaxşı ad qazanmışdır. Burdakı saflıq, müqəddəslik, gözəllik dünyasına dönərək insana xoşbəxtlik gətirir. Yarməmmədbağı kəndinin bütün işlərində Namiz qabaqda gedir. Axı o, humanist, insani keyfiyyətlərilə doğma elinin təsəlli, təskinlik, güvənc yeridir. Öz dərdindən çox başqalarının dərd-qəmini yaşayır. Hamının dadına yetməyə can atır. Qonaqpərvərdir, son tikəsini, istər dost, istər tanımadığı adamla bölüşməyə hazırdır Namiz.
Bəli, imkansıza yardım etmək, onları sevindirmək xeyirxah əməl sayılır. Xeyirxahlıq məfhumu olmasaydı, insanlıq da olmazdı… Həyata, ətrafımıza nəzər salsaq, hər şeyin qoşa yaradıldığının şahidi olarıq: isti-soyuq, hündür-alçaq, gecə-gündüz, güclü-zəif, zəngin-yoxsul.
Görürük ki, Allah (c.c) birisinə göz vermiş, başqasını kor yaratmışdır; biri sağlam, digəri xəstə, yaxud əlildir. İlk baxışdan insan buna təəccüblənir: nə üçün Allah hamını bərabər yaratmamışdır?
Halbuki, həmin insanlar ətraflarına diqqət etsələr, görərlər ki, Allah hamıya ruzini bol-bol verir. Kimisinə uşaqlığında, kimisinə gəncliyində, kimisinə qocalığında. Ruzi təkcə mal, mülk, yemək, içmək deyildir.
Allah kimisinə çoxlu mal, mülk verir, digərinə gözəl, tərbiyəli övlad, başqa birisinə qiymətli qonşular, qohum və s. verir. Əgər, insanlar hamısı bərabər yaradılsaydılar, onların bir-birinə yardım etmə ehtiyacı olmaz, o zaman da insanlar arasında heç bir əlaqə olmaz, insan toplum, cəmiyyət halında yaşaya bilməzdi. Məhz buna görə də, xeyirxah əməllər etmək və bununla kənardakılara nümunə olmaq lazımdı.
Sözün qısası,Namiz Gülümov  xoşbəxtliyini bütün ömrü boyu el-obası üçün çalışmaqda görür. O, gördüyü nəcib işləri ilə zəmanənin ən ləyaqətli vətəndaşıdır. Milləti yaşadan, yurda dayaq duran belə insanlarla fəxr etməyə dəyər. Bəli, məclislərimizin başında görməyə adət etdiyimiz Namiz gözəl əməl sahibi olaraq Yarməmmədbağı kəndinin həm mənəvi atası, həm də hamının xeyirxahı, məsləhətçisidir.
C.Abdullayev
V.Rəhimov
Fakttv.com