MANŞETÜSTÜŞou-Biznes

Nyu-Yorka köçən Elariz Məmmədoğlunun ailəsində ŞAD GÜN: dördüncü dəfə… – VİDEO

Müğənni Elariz Məmmədoğlu dördüncü dəfə baba olub.

Fakttv.com -un məlumatına görə, bu haqda ifaçı özü xəbər verib.

Hazırda Amerikada olan Elariz uşağın da orada doğulduğunu bildirib.

“Çox sevinirən, xoşbəxtəm… Artıq dördüncü dəfə baba oldum. Özü də Amerikada” deyə, sənətçi paylaşımında bildirib.

Qeyd edək ki, sənətçinin həyat yoldaşı iki il əvvəl “Greencard” qazanıb. Bir neçə həftə əvvəl Elariz ailəsi ilə birlikdə Amerikaya köçüb. Sənətçinin üç övladı var. Onun oğlu subaydır. Böyük qızı Ülviyyə, ikinci övladı isə Güneldir. Günelin toyu 2014-cü ildə olub.

Comment here