MANŞETÜSTÜŞou-Biznes

Nigarla şəkilinə görə tənqid edilən Dilarədən Çingizə sevgi etirafı – “Lüt olduğunu…”

“Kim necə istəyir fikirləşsin”

Müğənni Dilarə Kazımova maraqlı açıqlamaları ilə diqqət çəkib.

Fakttv.com aznews.az-a istinadən xəbər verir ki, o, “ATV maqazin onlarla” verilişində “Eurovision 2019” təmsilçimiz Çingiz Mustafayevə sevgi etiraf edib: “O, xoşuma gəlir, çox gözəl səsi var, hətta klipdə lüt olduğunu çox sevdim”.

Müğənni bir müddət əvvəl Nigar Camal və Səmra Rəhimli ilə çəkilən şəkillərinə də aydınlıq gətirib:

“Dedilər ki, Dilarə niyə əlini belə qoyub? Yəqin ki, qadınlar daha çox xoşuna gəlir, nəinki kişilər. Bu şəkildən sonra haqqımda çox sözlər eşitdim. Kim necə istəyir fikirləşsin. Hətta mən qadınlara deyirəm ki, siz çox gözəlsiniz, Səmra Rəhimli və Nigar Camala da demişdim. Yenə şəkillər çıxa bilər”.