MANŞETÜSTÜŞou-Biznes

Nigar bir illik susqunluğunu pozdu – AUDİO

Nigar bir illik susqunluğunu pozdu

 

Sonuncu dəfə bir il öncə “Sus” adlı mahnını təqdim edən “Eurovision 2011” müsabiqəsinin qalibi Nigar Camal yenilik edib.

Oxu.Az xəbər verir ki, ifaçı “Səndən uzaq” adlı bəstəni oxuyub.

Fərqli bir tərzə müraciət edən müğənni yeni işi barədə təəssüratlarını bölüşüb:

“Repertuarımda daha çox dinamik mahnılar yer alır deyə, bu dəfə fərqli bir tərzə müraciət etmək istədim. Mahnıda indiyədək etmədiyim azərbaycansayağı boğazlar var. Tamaşaçıların bəyənəcəyini düşünürəm”.

Qeyd edək ki, mahnının sözləri Fərid Pənahova, musiqisi isə Flaminque Recordsa aiddir.

Pərviz Hüseyn
www.oxu.az

Comment here