CəmiyyətManşetMANŞETÜSTÜ

Nazirin görüş vaxtı dəyişdirildi

Mədəniyyət naziri Əbülfəs Qarayevin aprelin 22-də Lənkəran şəhərində keçirilməsi nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib.

Nazirlikdən Fakttv.com-a verilən məlumata görə, görüş mayın 7-nə keçirilib.

Qəbul saat 11:00-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində (Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99) başlayacaq.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli – Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Lənkəran şəhəri Vüsal Nəsirli – 025-255-48-01, 050-281-16-81

Astara rayonu Şadoğlan Bayramov – 025-225-31-40, 050-324-24-10

Lerik rayonu Müqəddəs Dənziyev – 025-274-40-91, 050-682-32-69