MANŞETÜSTÜŞou-Biznes

“Narkotik tərkibli dərmanlar sifariş etdim” — Mirkamildən ŞOK AÇIQLAMA-VİDEO

"Narkotik tərkibli dərmanlar sifariş etdim" — Mirkamildən ŞOK AÇIQLAMA-VİDEO“Xalq ulduzu” yarışmasının laureatı Mirkamil Kamilov Səhiyyə Nazirliyini məhkəməyə verəcəyini açıqlayıb.
Fakttv.com “Ölkə.Az”a istinadən məlumatına görə, sənətçi bildirib ki, onun narkotik əleyhinə olan dərmanları almasına problem yaradılır:

“Narkotik asılılığından çıxmağım üçün qəbul etdiyim dərmanları əldə etməyimə mane oldular. Allah canlarını sağ eləsin. Mən o qədər də dəli deyiləm. Öz həkimimə narkotik vasitə olan dərman sifariş etdim. Səhiyyə Nazirliyi, eşidin. İnsanın beynini, ağlını əlindən ala biləcək dərmanı mənə satdılar. Əgər bu dərman satılırsa və öıümlə nəticələrənə bilərsə – niyə satılır və mənə xeyri olan digər dərmanı almağıma niyə maneçilik törədilir. Səhiyyə Nazirliyini məhkəməyə verəcəyəm. Tutaq ki, mən deyiləm, başqa bir insandır. Cavab versinlər ki, adam öldürən dərmanı niyə satırlar?”
Qeyd edək ki, M.Kamilov bir müddət öncə narkotik qəbul etdiyini özü açıqlayıb.

Comment here