GündəmMANŞETÜSTÜŞou-Biznes

Müğənni Günay həmkarlarını tənqid etdi: Yalançı, ikiüzlü… – FOTO

“Sevinirəm ki, bu yaşımda bu sənətdə baş verənləri çox yaxşı görürəm. İllərin sənətkarından tutmuş yeni çıxan ifaçıların oyunlarınadək… Bu dünyada insanlıq, mərhəmət həmişə yaşayacaq. O qədər çirkli oyunlar aparılır ki, sənət kənarda qalıb. Niyə axı?”

Fakttv.com xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli “Instagram” hesabında yazıb.

O, bəzi sənət yoldaşlarının çirkin əməllərindən təngə gələrək, onların ucuz qalmaqallarını tənqid edib:

“Bu qədər ucuz olmaq asandır? Onlar illər ərzində yığdıqları bu hörməti bir kəlmə ilə yerlə-yeksan edirlər. Şou-biznesdə insanlar ucuzlaşmağa başlayır. İndi o qədər rahatam ki, yalançı, ikiüzlü insanlardan uzağam. İndi nə onların çirkin oyunlarından, nə torba tikməklərindən, nə də etdiyi çirkin əməllərdən xəbərim olur.

Ümumiyyətlə, sevinirəm ki, mənə doğma olacaq insanlar bu arenadan çox azdır. Onlarla yaxın olmaq istəyirsən, amma alınmır ki, alınmır. Əlbəttə, bunu hamısına şamil etmək olmaz. Aralarında intriqalardan uzaq olanlar da var. Nə deyim, vallah! Ucuzlaşmayaq”.