MANŞETÜSTÜMaraqlıŞou-Biznes

Müğənni Aygün Mahmudova şou-biznesin hazırki halından gileylənib.

Fakttv.com Axşam.az-a istinadən  məlumat verir ki, ifaçı İnstaqramda bir paylaşımın altından yazdığı rəydə sənətə qiymət verilmədiyini vurğulayıb. Aygün bildirib ki, indi istedadı olan yox, pulu olan gündəmdədir:

“İndi guya oxuyana qiymət verən var? Bizdə hazırda bilirsiz kimlər at oynadır? Amma bu, çox çəkməyəcək. Adım kimi əminəm, bunun da sonu olacaq”.

Qeyd edək ki, Aygün həyat yoldaşı rejissor Kənan M.M.-lə birlikdə Türkiyəyə köçüb. İfaçı orada Ebru Gündeşin bir layihəsində yer alacağını bildirib.

Comment here