CəmiyyətManşet

MSK bələdiyyə üzvlüyünə qeydə alınan namizədlərin siyahısını açıqladı

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının (MSK) internet saytında yerləşdirilib.

 

Fakttv.com  xəbər verir ki, MSK-nın rəsmi saytında ayrı-ayrı dairələr üzrə namizədlərin tam siyahısı verilib. Siyahıya uyğun olaraq, 118 seçki dairəsindən 1606 bələdiyyəyə qeydiyyat aparılıb. Saytda 41 800-dək namizədin adı yerləşdirilib.

 

Qeyd edək ki, ölkəmizdə bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

 

Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də baş tutub.