Dünya

Meyiti torbaya qoyub sığorta şirkətinə gətirdilər – VİDEO

Cənubi Afrika Respublikasında iki qadın sığorta şirkətinə meyit gətirib.

Buna şirkətin ölənin hüzr mərasimi xərclərini ödəmək üçün sübut istəməsi səbəb olub.

Çarəsiz qalan Ntombenhle Mhlongo və Thandaza Mtshali əmilərinin meyitini bir torbaya qoyaraq sığorta şirkətinə gətiriblər.

Şirkət rəhbərliyi pulu ödəyəcəyini deyəndən sonra qadınlar cəsədi götürüb gediblər.

“SonDakika.com”un məlumatına görə, sığorta şirkəti 46 yaşlı mərhumun sığorta pulunu vaxtında ödəmədiyi üçün dəfn mərasimi doqquz gün təxirə salınıb.

Bizimlə əlaqə saxlayın