MANŞETÜSTÜŞou-Biznes

Mehriban Xanlarovadan sərt reaksiya: “Hansısa yaxşı oğlanın bacısı…”

Əməkdar artist Mehriban Xanlarova sosial mediadakı statusu ilə diqqət çəkib.

Fakttv.com xəbər verir ki, sənətçinin yazdığı statusu qınaq obyekti olub.

Şərh bölməsinə “Tanımadığın qıza heç vaxt ilişmə. Kiminsə yanında fərqli olmaq üçün o qızı “tema” olaraq istifadə edib, artıq-əskik söhbətlər etmə. Ola bilsin o qız yaxının deyil, dostlarından kiminsə bacısı deyil.

Amma hansısa yaxşı oğlanın bacısı ola bilər və ən əsası isə o qızdan sənində evində var. Evində yoxdursa, dayıngildə var, dayıngildə yoxdursa, əmingildə var, əmingildə yoxdursa, xalangildə var. Mütləq nəslində var…

Buna görə də, hansısa qızın haqqında artıq-əskik danışmadan bunları düşünün” deyə yazan Xanlarovaya “kriminal aləm”in üzvləri kimi danışdığını deyənlər olub.

Sənətçi isə yazılan rəylərə fikir verməyib.

Comment here